0
Thursday 21 March 2013 - 00:53

Səudiyyə tərəfindən maliyyələşən əl Qaidə İraqda terror aktları həyata keçirməyə hazırlaşır

Story Code : 248109
Səudiyyə tərəfindən maliyyələşən əl Qaidə İraqda terror aktları həyata keçirməyə hazırlaşır
Səudiyyə tərəfindən maliyyələşən əl Qaidə İraqda terror aktları həyata keçirməyə hazırlaşır
Islam times.org/az/ - Press TV-nin verdiyi məlumata əsasən Səudiyyə Ərəbistanın kəşfiyyat xidmətlərinə bağlı olan əl Qaidə terror təşkilatı 600-ə yaxın üzvünü İraqın Bəsrə şəhərinə göndərərk orada terror hücumları həyata keçirməyi planlaşdırır.

Məlumatda bildirilir ki, terroristlərə əsasən neft boru kəmərlərini dağıtmaq, neft-qaz saflaşdırma zavoduna hücum etmək və şəhərdə etnik zorakılığı qızışdırmaq tapşırılıb.

Məlumatda həmçinin bildirilir ki, terroristlərin bəziləri Mədinədə yerləşən Əl Salam Universiteti tərəfindən dərc edilən saxta kimliklərə sahibdirlər.

Bu şəxslər Suriya-İraq sərhəddində xüsusi təlimlər keçmişlər və İraqın Samirrə, Bağdad, Kərbəla və Nəcəf şəhərlərində yerləşən müqəddəs ziyarətgahlara hücumlar həyata keçirməyi planlaşdırırlar.

İraq hökuməti bildirir ki, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə ölkədə münaqişə yaratmaq və etnik mübarizəni qızışdırmaq üçün kompaniyaya start veriblər.

2013-cü ilin yanvar ayında İraq təhlükəsizlik qüvvələri ölkəyə daxil olan və Səudiyyə Ərəbistanı tərəfindən himayə edilən 250 vəhhabi terroristi ələ keçirib.

Terroristlərə əsasən İraqın əsas şəhərlərində terror aktları həyata keçirmək tapşırığı verilib.

İraq ordu komandirinin dediyinə görə Səudiyyə kəşfiyyat xidmətinin sədri Bəndər bin Sultan bin Abduləziz əl Səud ölkədə terror aktları həyata keçirmək üçün əl Qaidəyə 250 milyon dollar pul ayırıb.

O həmçinin deyib ki, Bəndər bin Sultan qaçaq həyatı yaşayan İraqın vitse prezidenti Tariq əl Haşimini terror hücumlarına rəhbərlik etmək üçün iş birliyi təklif edib.
Source : Islamtimes
Comment