0
Friday 22 March 2013 - 12:12

ABŞ-ın CBS kanalı Ayətullah əl üzma Xameneinin sözlərini təhrif edib

Story Code : 248398
ABŞ-ın CBS kanalı Ayətullah əl üzma  Xameneinin sözlərini təhrif edib
ABŞ-ın CBS kanalı Ayətullah əl üzma Xameneinin sözlərini təhrif edib
Islam times.org/az/ - Cümə axşamı günü ABŞ kanalı Ayətullah əl üzma Xameneidən sitat gətirərək deyib ki, İran və ABŞ “nüvə silahları” məsələsi haqqında birbaşa danışıqları davam etdirməyə hazırdır.

Ancaq İslam Rəhbəri müqəddəs Məşhəd şəhərində etdiyi çıxış zamanı heç vaxt öz çıxışında nüvə silahı sözü işlətməyib.

Novruz bayramı münasibəti ilə çıxış edən Ayətullah əl üzma Xamenei öz nitqində demişdir: “Amerikalılar müxtəlif yollar və mesajlar vasitəsilə bizimlə nüvə məsələsi haqqında danışıqlar aparmağa çalışırlar, ancaq mən bu danışıqlar barəsində optimist deyiləm.”

İslam Rəhbəri deyib: “Mən nüvə məsələsi haqqında danışıqlara zidd deyiləm, ancaq müəyyən məsələlər gərək aydınlaşdırıla.”

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham etmiş və bu əsassız ittihamlar səbəbindən İrana qarşı xeyli qeyri qanuni sanksiyalar tətbiq edilmiş və hərbi hücum ilə təhdid edilmişdir.

İran isə öz növbəsində bütün bu ittihamları rədd etmiş və Nüvə Silahı Yayılmama Razılığını imzalayan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan bir dövlət kimi nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirmişdir.
Source : Islamtimes
Comment