0
Saturday 23 March 2013 - 11:46

ABŞ və İordaniya Suriya prezidentinə qarşı vahid cəbhə yaradıblar

Story Code : 248624
ABŞ və İordaniya Suriya prezidentinə qarşı vahid cəbhə yaradıblar
ABŞ və İordaniya Suriya prezidentinə qarşı vahid cəbhə yaradıblar
Cümə günü kral Abdullah ilə mətbuat konfransı keçirən Obama beynəlxalq ictimaiyyətə səslənərək Suriyada Əsəddən sonra hakimiyyətə gələcək müxalifəti formalaşdırmağı bəyan edib.

Obama jurnalistlərə deyib: “İordaniya bizim üçün çox dəyərli bir dövlətdir və bizim ən yaxın dostumuzdur və biz onu dəstəkləməyə, birgə iş görməyə davam edəcəyik.”

O deyib: “Suriyada çox acınacaqlı hadisələr baş verir və biz bunu dərhal düzəldə bilmərik, hətta Əsəd gedəndən sonra belə. Ancaq biz hadisələri daha düzgün istiqamətə yönləndirməklə prosesə başlaya bilərik və uyğun müxalifətin seçilməsi də bu məsələnin ən həssas tərəfidir.”

Obama suriyalı müxalifət üçün hərbi təlimlər keçməyə söz verdi. Obama deyib: “Biz Suriya müxalifətinin xalq ilə təmasda olması və onlara xidmət göstəmrəsi üçün onları təlimlər, resurslar və hər bir şey ilə təmin edəcəyik.”

ABŞ prezidenti həmçinin kral Abdullaha İordaniyada olan 460 min suriyalı qaçqınların öhdəsindən gəlmək üçün 200 milyon dollar yardım vəd edib.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insan həlak olub.

Suriya hökuməti münaqişənin xaricdən idarə olunduğunu demiş və bildirmişdir ki, əldə olan sübutlara əsasən hökumətə qarşı döyüşən üsynaçıların əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.
Source : Islamtimes
Comment