0
Sunday 2 May 2010 - 14:54

Mən neynim qardaş, heyvandılar dəəə!

Story Code : 24941
Mən neynim qardaş, heyvandılar dəəə!
 
Azərbaycan polisi hər dəqiqə öz dünya şöhrətini artırmaqdadır. Bu dəfə «Vaşinqton Post» qəzeti aprelin 30-da Neft Akademiyasının qarşısında anım aksiyasının dağıdılması haqda məlumat dərc edib. Azadlıq Radiosu xəbər verir:
Yazıda qeyd olunur ki, «cümə günü keçmiş Sovet dövlətində - Azərbaycanda sərbəst toplaşma azadlığı növbəti dəfə pozulub. Polis onlarla adamı Neft Akademiyasına silahlı hücumun ildönümünü qeyd etmək istəyərkən saxlayıb».
«Vaşinqton Post» yazır ki, neft hasil edən Azərbaycanda ictimai nümayişlər çox nadir hallarda olur. Təkcə ötən ay polis İlham Əliyev əleyhdarlarının iki aksiyasını dağıdıb.
Rəşad adlı bir gənc deyir ki, «məmurlar hər il Gül Bayramını qeyd etməyə milyonlarla pul xərcləyib, bahalı zanbaqlar ala bilirlər, amma bir il əvvəl burda həlak olanları yad etmək istəmirlər».
«Vaşinqton Post» yazır ki, 2009-cu ildə Neft Akademiyasına hücumun motivləri qaranlıqdır. Azərbaycan hüquq-mühafizə orqanları iddia edir ki, Gürcüstandan olan bir azərbaycanlı bir ermənidən 50 min dollar almaq müqabilində Bakıya gəlib bu cinayəti törədib. İndi həmin erməninin həbsi üçün axtarış elan edilib.
Source : haqyolu
Comment