0
Wednesday 27 March 2013 - 17:03

İslam Partiyasından bəyanat: “Qələbə bizimlədir, ey möminlər! Birləşin!”

Story Code : 249419
İslam Partiyasından bəyanat: “Qələbə bizimlədir, ey möminlər! Birləşin!”
“Media forum” saytının məlumatına görə, bəyanatda dindarlara çağırış yer alır: “Torpaqlarımız işğal altındadır. Cəmiyyətimizdə isə obyektiv danışanlar, nöqsanları tənqid edənlər həbsə alınır. Düşmənə qarşı əndazəsiz səbr, imanlı insanlara, mənəvi keyfiyyətlərin daşıyıcılarına qarşı isə dözümsüzlük göstərilir. Bu ziddiyyəti yalnız əxlaqlı və ədalətli seçki keçirməklə aradan qaldırmaq olar.
 
Ötən 20 il ərzində hazırkı iqtidarda təmsil olunanlar böyük ümidləri doğrultmadılar. Vətənimiz yenə düşmən tapdağı altında, sərvətimiz talanmaqdadır. Xalq mutiliyə, ələbaxımlığa sürüklənməkdədir. Onu bu bəlalardan qurtarmağın vaxtı yetişib. İllər belə bir qüvvəni yetişdirib. Bu qüvvə ölkə qanunlarına, konstitusiyasına, milli-mənəvi, dini dəyərlərə ehtiram və hörmətlə yanaşan, əməli fəaliyyətində bunları ləyaqətlə icra edən əqidə sahibləri – islamçılardır. Məhz Azərbaycan İslam Partiyasının prezident seçkisinə qatılmaqda məqsəd və məramı cəmiyyətimizə yaxşı işləri təbliğ və təlim etmək, pislərdən onu uzaqlaşdırmaq və onları tərk etdirməkdir. Qələbə bizimlədir, ey möminlər! Birləşin!”
Comment