0
Friday 29 March 2013 - 07:36

Şimali Koreya ABŞ-a tuşlanan strateji raketlərini döyüş hazırlığına gətirib

Story Code : 249721
Şimali Koreya ABŞ-a tuşlanan strateji raketlərini döyüş hazırlığına gətirib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı “Röyters” agentliyi Şimali Koreyanın KİV-lərinə istinadən məlumat verir.
 
Koreyanın Mərkəzi teleqraf agentliyinin məlumatına görə, Kim Çen In qeyd olunan əmri yüksək rütbəli hərbçilərlə keçirdiyi toplantıda imzalayıb.
 
Əmrə əsasən, KXDR Silahlı Qüvvələrinin strateji raketləri istənilən an ABŞ ərazisinə və bu ölkənin Cənubi Koreyada, Quam və Havay adalarındakı hərbi bazalarına zərbələr endirməyə hazır olmalıdır.   

Bundan bir müddət əvvəl  KİV-lər hərbi təlimlər çərçivəsində Cənubi Koreyanın üzərindən ABŞ-ın nüvə silahı daşıya bilən “B 52” strateji bombardmançısının uçduğunu xəbər verib.  
Comment