0
Monday 3 May 2010 - 10:53

Amerika İranla necə vuruşacaq?

Story Code : 25013
Amerika İranla necə vuruşacaq?
ABŞ ordusu ali komandanlığının veteranları Konqresə müraciət ünvanlayıb. Washington Post-da dərc edilmiş açıq məktubda ştab rəisləri birləşmiş komitəsinin sabiq rəisləri Con Şalikaşvili və Xyu Şelton bildirir ki, gənclər arasında piylənmə ABŞ üçün milli fəlakətə çevrilib. Sabiqlər ölkədə bəlaya çevrilmiş kökəlmənin Amerikanın strateji maraqlarına zərbə olduğunu və belə getsə ordunun “gombulların bağçasına” çevriləcəyini düşünürlər. Generallar Konqresi bu sahədə təcili tədbirlər proqramı hazırlamağa çağırıblar. Bu sahədə ABŞ-ın təcrübəsi var. 1946-cı ildə orduda oxşar vəziyyət yarananda Konqres xüsusi qanun qəbul edərək əsgər hazırlığı aparıb.
Source : haqyolu
Comment