0
Sunday 31 March 2013 - 22:16

Əhzər İbrahimi də müxalifətin silahlandırılmasının səmərəsiz olduğunu bildirib

Story Code : 250376
Əhzər İbrahimi də müxalifətin silahlandırılmasının səmərəsiz olduğunu bildirib
Əhzər İbrahimi "Kanal News 4"lə müsahibəsi zamanı deyib: "İngiltərə və Fransa tərəfindən Suriya müxalifətinin silahlandırılması təklifi bu ölkədəki qarşıdurmaların həllinə kömək etməyəcək."
 
O əlavə edib: "Mən bu günədək nəinki qarşıdurmaların aradan qaldırılması zəminində irəliləyiş müşahidə etməmişəm, hətta bu gün durum daha da gərginləşib."
 
Əhzər İbrahimi sözlərinin davamında təkidlə deyib: "Hesab edirəm ki, beynəlxalq ictimaiyyət o cümlədən Təhlükəsizlik Şurasının üzvləri, xüsusilə Çin, Rusiya və ABŞ qısa bir zamanda sıx həmkarlığa başlayaraq Təhlükəsizlik Şurasında Suriyadakı hər iki tərəflə daha ciddi danışıqlara start verməlidir."
Related Stories
Comment