0
Tuesday 4 May 2010 - 10:52
Almaniyanın DPA Xəbər Agentliyi :

İsrail rejimi tərəfindən yeni həbs dalğası

Story Code : 25109
İsrail rejimi tərəfindən yeni həbs dalğası
Sionist rejim hərbçiləri İordan Çayının Qərb Sahilinə hücum edərək fələstinlilərdən başqa bir qrupunu həbs ediblər. Bu haqda Almaniyanın DPA Xəbər Agentliyi Fələstin mənbələrinə istinadən məlumat verib. Məlumata əsasən, sionist rejim ordusunun hərbçiləri bu gün İordan Çayının Qərb Sahilinin müxtəlif məntəqələrinə basqın edərək fələstinli gənclərdən 5 nəfərini mübariz qruplarla əməkdaşlıq etmək bəhanəsi ilə həbs ediblər. Sionist hərbiçilər dünən də İordan Çayının Qərb Sahilində ən azı 7 fələstinlini həbs etmişdilər. Təqribən 12 min fələstinli sionist rejim həbsxanalarında acınacaqlı vəziyyətdə saxlanılır.
Source : IRIB
Comment