0
Saturday 6 April 2013 - 09:09

BMT ABŞ-dan Quantanamo bazasını bağlamağa cağırıb

Story Code : 251950
BMT ABŞ-dan Quantanamo bazasını bağlamağa cağırıb
ABŞ parlamentinin bütün qanadları beynəlxalq hüquq normalarının normalarının pozulduğu Quantanamodakı həbsxananı bağlamaq üçün səylərini birləşdirməlidirlər. Bu barədə BMT-nin İnsan haqları üzrə ali komissarı Navi Pillay bəyan edib.
 
Pillay bildirib ki, məhbusların bu yaxınlarda keçirdikləri aclıq aksiyası onların son həddə çatdırıldığını göstərir. Quantanamodakı 160 məhbusun bəziləri orada 10 ildən artıqdır ki, cəza çəkirlər.
 
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-dən sonra ABŞ-ın Kubadakı bazasında Əfqanıstanda ələ keçirilmiş əsirlərdən ötrü həbsxana yaradılıb. Rəsmi olaraq bu həbsxana Birləşmiş həbs qrupu adlanır.
Comment