0
Wednesday 10 April 2013 - 01:32

BMT İsrail rejimini Kimyəvi Silah Konvensiyasına qoşulmağa çağırıb

Story Code : 253040
BMT İsrail rejimini Kimyəvi Silah Konvensiyasına qoşulmağa çağırıb
BMT İsrail rejimini Kimyəvi Silah Konvensiyasına qoşulmağa çağırıb
www.Islam times.org/az/ - Bazar ertəsi günü Haaqada çıxış edən Ban səkkiz ölkəni silaha nəzarət razılaşmasını imzalamağa və bütün kimyəvi silahlarını məhv etməyə çağırıb. Bu ölkələr İsrail, Angola, Misir, Myanma, Şimali Koreya, Somali, Cənubi Sudan və Suriyadır.

Yaxın Şərqdə yeganə nüvə silahına sahib olan İsrail həmişə bu razılaşmanı imzalamaqdan imtina etmiş və nüvə silahı proqramında həmişə ikili siyasət aparmışdır.

Ban həmçinin BMT təftiş komandasının Kiprdə olduğunu və Suriyada kimyəvi silahdan hücum faktını araşdırmaq üçün tez bir zamanda Suriyada olacaqlarını deyib.

Suirya prezidenti Bəşər Əsəd xaricdən dəstək alan üsyançıların ölkədə kimyəvi silahlardan istifadə etməsi ilə əlaqədar olaraq BMT-dən bu iddianı araşdırmağı tələb etdikədn sonra Ban deyib: “BMT təftiş qrupu artıq Suriya sərhədlərindədir və loqistik razılaşmalar danışıqları aparılmaqdadır.”

Suriya hökumətinin tələbi ilə İsveçli alim Ake Sellstromun rəhbərliyi ilə fakt araşdırcı qrup yaradılıb. Dəməşq xaricdən dəstək alan üsyançıları 19 mart tarixində Xan əl Əssal əyalətində mülki vətənadaşlara qarşı kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Bu hücum nəticəsində 25 insan həlak olmuş və 100-dən çox insan yaralamışdır.

Hərhalda Suriya xarici işlər nazirliyi sözçüsü deyib ki, hökumət BMT-nin bu təftiş missiyasını rədd edib.

O deyib: “Suriya BMT-nin İraqda oynadığı rolu və Amerika işğalına şərait yaratdığını nəzərə alaraq təşkilatın eyni ssenarini Suriyada həyata keçirməsinə icazə verə bilməri.”
Source : İslamtimes
Comment