0
Thursday 11 April 2013 - 10:43

İsrail Suriya üçün arzuladığının öz başına gəlməsindən qorxdu

Story Code : 253383
İsrail Suriya üçün arzuladığının öz başına gəlməsindən qorxdu
İsrail rejimi işğal etdiyi ərazilərdə yaşayan ərəb əsilli vətəndaşını həbs edib. Həmin şəxsin gizli hərbi təlimlər keçdiyi və Suriyadakı üsyançılara qoşularaq Bəşər Əsəd rejiminə qarşı vuruşmağa hazırlaşdığı məlum olub.  İsrail rejimi öz daxilində bu cür ekstremist fikirlərə qapıldığı və ölkənin təhlükəsizliyinə zərər vura biləcəyi gərəkçəsiylə Hikmət Məssarva adlı şəxsi həbs edib.
 
Sionist rejim rəsmilərindən biri bildirib ki, bu tipli faktla ilk dəfədir ki, qarşılaşırlar. 29 yaşlı Hikmət Məssarva bir müddət Suriya ərazisində olmuş, orada hərbi təlimlər keçmiş və üsyançı bazası yaratmaqla məşğul olmuşdur. Onu 15 il azadlıqdan məhrum etmə cəzası gözləyir.
 
Sionist rejimin “Şin Bet” adlı xüsusi xidmət orqanı aşkar edib ki, Məssarva Suriyada olarkən əl-Qaidə üzvləri ilə yaxın münasibətlər qurub və İsrailin “Dimona” nüvə reaktoru barədə sorğu-suala tutulub. /islam-azeri/
Comment