0
Friday 12 April 2013 - 23:41

Polis Lənkəranda Xanım Zəhra (s) məclisinin fəalını 4-cü mərtəbədən həyətə atdı

Story Code : 253772
Polis Lənkəranda Xanım Zəhra (s) məclisinin fəalını 4-cü mərtəbədən həyətə atdı
Polis Lənkəranda Xanım Zəhra (s) məclisinin fəalını 4-cü mərtəbədən həyətə atdı
Lənkəran şəhərindən aldığımız məlumatda bildirilir ki, dünən möminlərdən birinin qardaşını, Lənkəran rayonu Velədi kənd sakini Babyev Aqil Cəlil oğlunun qardaşı 1963 təvəllüdlü, 3 uşaq atası Babyev Cəmil Cəlil oğlu, polis idarəsində vəhşicəsinə döyülüb. Zərər çəkmişin vəziyyətini pis görən polislər iz itirmək məqsədi ilə, Babyev Cəmil Cəlil oğlunu, 4-cü mərtəbədən aşağıya, həyətə atıblar.

Hazırda onun vəziyyəti ağırdr, komadadır. İlk öncə cinayətkar polislər, əl ayağa düşüblər ki, şikayət etməyin. Gördükdə ki, yalvarmağın xeyri yoxdur, indidə xəsarət alanın qardaşını, onu, qardaşının gününə salacaqları ilə, təhdid edirlər.
Bildirək ki, bütün bunlara baxmayaraq, dünən gecədən bütün Lənkəran əhalisi Xəstə Xanaya axışmaqda davam edir…
Qeyd edək ki, zərər çəkmiş Babyev Cəmil Cəlil oğlu, Velədidə keçirilən Xanim Zəhra (səlamullahi əleyha) Məclisində aktiv iştirak etməyinə görə, polis canavarları tərəfindən bu günə salındığını deyirlər. Çunki Velədi kəndində, QMİ tərəfindən axundluq edən, “Zərintac”ın (əliyevlər rejimi ilə birgə çirkli pulların yuyulmasında rolu olan milyoner əxlaqsız qadın) bacısı oğlu, “qalaboy” və “cadugər” Ramin, öncədən də şəhər Ruhanilərinin bəzilərinə mesaj göndərərək, burda Xanım Zəhra (səlamullahi əleyha) Məclisini keçirəcəkləri sürətdə onlar üçün pis qurtaracağı ilə təhdid etmişdir…
Çox güman ki, bu hadisə onların sifarişiylə olub. Aancaq tam dəqiq budur ki, polislər, Babyev Cəmil Cəlil oğlunu döyub, sonrada pəncərdən, 4-cü mərtəbədən həyətə atıblar.
Source : Abna
Comment