0
Friday 19 April 2013 - 17:37

İran və 5+1 yenidən üz-üzə gəlir

Story Code : 255835
İran və 5+1 yenidən üz-üzə gəlir
“IslamTimes” “Associated press” xəbər agentliyinə istinadən bildirir ki, Beynəlxalq Atom Enerji Agentliyi ilə əlaqəli olan iki diplomat bildirib ki, İran və BAEA növbəti danışıqlar üçün razılığa gəliblər. Bu danışıqların may ayının ortalarında keçirilməsi planlaşdırılır.
 
Bu məlumatda bildirilir ki, növbəti danışıqlarda 5 il öncədən bu günədək dayandırılmış yoxlama proseslərinin bərpa edilməsi nəzərdə tutulur. 
 
“Associated press” bildirir ki, Beynəlxalq Atom Enerji Agentliyinin İranın nüvə fəaliyyətinin sülhməqsədli olması ilə bağlı şübhələri ABŞ və İsrailin kəşfiyyat idarəsinin hesabatları səbəbindəndir.
 
İran nüvə fəaliyyətinin sülhməqsədli olduğunu və heç zaman nüvə silahı hazırlamayacağını dəfələrlə vurğulayıb.
Related Stories
Comment