0
Wednesday 24 April 2013 - 11:56

"Bandotdel"də işgəncə görən dindarlardan ŞOK açıqlama

Story Code : 257467
"Bandotdel"də işgəncə görən dindarlardan ŞOK açıqlama
Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının yandırmaqda ittiham olunan Röyal Əsgərovun vəkili Yavər Hüseyn bildirib ki, bu gün Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) müvəkkilim Röyal Əsgərovla görüşdüm. Röyal Əsgərov işgəncə faktını təsdiqlədi. Dedi ki, "Bandotdel"-də başına maska keçirilərək, çox sayda insan tərəfindən şiddətli şəkildə döyülüb. Röyal onunla birlikdə həbs olunan Bəxtiyar Qurbanovun daha çox döyüldüyünü bildirdi. Röyal Əsgərova 3 dəfə işgəncə veriblər. Mən "bandotdel"də onunla görüşdükdən sonra işgəncəni dayandırıblar. 2 dəfə işgəncələrə etiraz olaraq aclıq elan edib. 1 dəfə 2 gün, 1 dəfə isə 4 gün. Onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində işgəncə edilib. Onların kimliyinə aydınlıq gətirmək mümkün olmur. Çünki bayaq da dediyim kimi Röyal və Bəxtiyar işgəncəyə məruz qaldıqları zaman başlarına maska keçirilib. İşgəncə edənlər Röyal və Bəxtiyardan tələb ediblər ki, onları bu işi görməyə kimin təşviq etdiyini bildirsinlər. Döyüldükləri zaman onlardan tələb ediblər ki, bu işin İrandan sifariş edildiyini açıqlasınlar. Daha sonra isə Tale Bağırovun sifarişi əsasında Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının yandırmaq istədiklərini bildirmələri üçün işgəncə ediliblər. Bütün işgəncələrə baxmayaraq Röyal deyib ki, bu barədə onlara nə tapşırıq, nədə ki, göstəriş verilməyib. Onlar sadəcə hicaba olan qadağaya, ruhanilərin həbsinə və onlardan əvvəl həbs olunan Hacı Tale Bağırovun həbsinə etiraz olaraq bu işi törətmək istəyiblər. Telekanallarda gedən etiraf video görüntülərində, güya Röyal və Bəxtiyar tapşırığı Tale Bağırovdan aldıqları ilə bağlı yayılmış məlumata həm Röyal, həm də mən etiraz edir və əsassız olduğunu bildirirəm. Özünüz də gördüyünüz kimi onların etiraz video görüntülərində elə söz deyilməyib. Onların verdiyi ifadə də elə bir şey yoxdur. Onlar istəyiblər Bəxtiyar və Röyalın boynuna qoysunlar. Alınmayanda da belə bir yalana əl atıblar. /haqqyolu/
Comment