0
Thursday 25 April 2013 - 11:43

ABŞ və Avropada mövcud olan nüvə başlıqları bütün insanlıq üçün təhlükədir

Story Code : 257811
ABŞ və Avropada mövcud olan nüvə başlıqları bütün insanlıq üçün təhlükədir
Islam times.org/az/ - Əli Əsğər Sultaniyye bu açıqlamanı çərşənbə axşamı günü Cenevrədə Nüvə Silahlarının məhv edilməsi haqqında keçirilən konfrans zamanı bəyan edib.

Sultaniyye deyib: “Nüvə dövlətlərində on minlərlə nüvə silahı başlıqlarının olması və bunların yüksək hazırlıq səviyyəsində olması insanlıq üçün çox böyük təhlükə yaradır.”

O həmçinin 2012-ci ilin dekabr ayında ABŞ-ın Nevadada keçirdiyi nüvə testini tənqid etmiş və demişdir ki, bu sınaq Vaşinqtonun beynəlxalq öhdəlikləri pozmasını və qlobal şəraitdə təhlükə mənbəyi yaratdığını nümayiş etdirdi.

İranlı nümayəndə deyib: “Yeni silah yaratmaq üçün keçirilən bu cür sınaq testləri və kompyuter simulyasiyası ABŞ-ın Nüvə Silahı Yayılmama razılığı altında götürdüyü beynəlxalq öhdəlikləri pozmasıdır və bu da öz növbəsində qlobal fəlakətlərə yol aça bilər.”

BMT-nin verdiyi məlumata əsasən ABŞ insanlığa qarşı nüvə silahından istifadə edən yeganə dövlət olmaqla yanaşı 1945-ci ildən bəri 1000-dən çox nüvə silahı testləri həyata keçirib.

Sultaniyye nüvə silahlarını sərf edilən pulun dəyərinin 2010-cu ilə qədər dəhşətli şəkildə artdığını və növbəti on illikdə də bu dəyər bir trilyon ABŞ dollarına çatacağını vurğulamış və demişdir ki, təkcə ABŞ özü nüvə silahları bazasını saxlamaq və onu inkişaf etdirmək üçün 50 il ərzində bu sahəyə milyardlarla dollar sərf edəcəyini planlaşdırır.
Source : Islamtimes
Comment