0
Friday 26 April 2013 - 13:29

Türkiyə şəhid ailələrini İsrailə qurban verir?

Story Code : 258130
Türkiyə şəhid ailələrini İsrailə qurban verir?
Türkiyə ilə İsrail rejimi arasında “Mavi Mərmərə” gəmisində törədilmiş qətliama görə təzminat ödənilməsi danışıqları gedərkən, nəzərlər “Mavi Mərmərə” qurbanlarının ailələrinə yönəlib. Onlar bəyan ediblər ki, Qəzzanın blokadası aradan qalxmadan təzminat danışıqlarına razı olmayacaqlar, - “timeturk”.
 
Türkiyə rəsmiləri isə bəyan ediblər ki, təzminat razılaşması və İsrail rejiminə qarşı qaldırılmış cinayət işlərinin bağlanması üçün “Mavi Mərmərə” qurbanlarının ailələrinin razılığına ehtiyac olmayacaq. İsrail rejimi ilə aparılan danışıqlara görə, razılaşma iki tərəfin rəsmi qurumları arasında həyata keçiriləcək və razılaşma mətni təsdiqlənməsi üçün Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək. Məclisin razılığından sonra bu sənəd hüquqi status alacaq. Bundan sonra isə İsrail rejimi bu pulları Türkiyəyə göndərəcək. Ailələrə ödənişləri dövlət həyata keçirəcək. Ödənişi almaqdan imtina edən ailələr də öz haqlarından imtina etmiş hesab olunacaqlar.  /Deyerler/
Comment