0
Wednesday 1 May 2013 - 14:09

Britaniyalı jurnalist: Böyük Britaniya hökumətinin əli Suriya xalqının qanına bulaşıb

Story Code : 259765
Britaniyalı jurnalist: Böyük Britaniya hökumətinin əli Suriya xalqının qanına bulaşıb
Britaniyalı jurnalist: Böyük Britaniya hökumətinin əli Suriya xalqının qanına bulaşıb
Islam times.org/az/ - Çərşənbə axşamı günü Rusiyanın ingilis dilli RT xəbər kanalına müsahibə verən Neil Klark deyib ki, Suriyadakı terroristlərin birbaşa Fransa və öz ölkəsi olan Britaniya kimi Qərb dövlətləri tərəfindən silahlandırılması və təlim keçilməsi çox utancverici bir haldır.

O həmçinin Britaniya xarici işlər naziri Villiam Hagueni, Fransa prezidenti Françios Hallondı və ABŞ dövlət katibi Con Kerrini baş verən terror hücumlarını pisləmədikləri üçün tənqid edib.

O deyib: "Bu çox dəhşətverici bir haldır ki, bu üsyançılar Qərbin köməyi ilə günahsız insanları qətlə yetirməklə və əhali arasında terroru yaymaqla hakimiyyətə gəlmək istəyirlər. Mən fikirləşirəm ki, Villiam Hague kimi şəxslərin əlləri artıq Suriya xalqının qanına batıb."

Klark əlavə edərək deyib ki, Suriyadakı üsyançıları dəstəkləyən dövlət və şəxslər həqiqətdə onların törətdiyi cinayətlərdə şərikdirlər.

Çərşənbə axşamı günü Suriyanın paytaxtı Dəməşqdə baş verən terror partlayışı nəticəsində ən azı 13 nəfər həlak olmuş və 70-dən çox insan isə yaralanmışdır.

Bu hücum Suriya baş naziri Vail əl Halqinin ona qarşı təşkil edilmiş terror aktından sağ çıxdıqdan bir gün sonra baş verdi.

Britaniya Suriya hökumətinə qarşı döyüşən üsyançıları silahlandırmaqla və onlara təlimlər keçməklə Ərəb ölkəsində baş verən münaqişəni qızışdırmaqda əsas rol oynayıb.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvələri də daxil olamqla münaqişə nəticəsində xeyli dinc insan həlak olub.

Dəməşq hökuməti münaqişənin xaricdən qızışdırıldığını demiş və bildirmişdir ki, Suriya hökumətinə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.
Source : Islamtimes
Comment