0
Saturday 4 May 2013 - 10:01

Sionistlər Hizbullah yeraltı təsisatlarının qorxunc şəkildə artdığını bildirdi

Story Code : 260510
Sionistlər Hizbullah yeraltı təsisatlarının qorxunc şəkildə artdığını bildirdi
"IslamTimes" "Al-Hayat" qəzetinə istinadən xəbər verir ki, İsrail ordusunun ali rütbəli məsullarından biri deyib: "Hizbullah yeni yeraltı təsisatlar, tunellər və keçidlər hazırlayıb. Onlar bu yolla müharibə zamanı bizim ordunu çıxılmaz vəziyyətə salmaq niyyətindədir."
 
Ali rütbəli rəsmi əlavə edib: "Hizbullahın yeraltı təsisatları son illərdə gözə çarpacaq dərəcədə artıb. Livanın cənubunda durum olduqca dəyişib. 2006-cı il müharibəsində üzləşdiyimiz yeraltı təsisatların sayı ilə bugünkilər arasında yerlə göy qədər fərq var. "
 
Comment