0
Tuesday 7 May 2013 - 13:06

İsrail Qəzzaya qarşı yenidən müharibəyə hazırlaşır

Story Code : 261509
İsrail Qəzzaya qarşı yenidən müharibəyə hazırlaşır
İsrail Qəzzaya qarşı yenidən müharibəyə hazırlaşır
Islam times.org/az/ - İsrailə məxsus Valla veb səhifəsinin verdiyi məlumata əsasən İsrail ordusu Fələstin ərazisindən atılan raketlərin həddən çox artmasının qarşısını almaq üçün Qəzzaya qarşı hərbi əməliyyat keçirməyi planlaşdırır.

İsrail veb səhifəsi məlumat yayaraq bildirib ki, İsrail rejimi İsrailin cənub hissəsində mövcud olan sülh şəraitinə güvəni yoxdur və bu səbəbdən də Həmasın hərbi infrastrukturunu dağıtmaq üçün Qəzzaya qarşı hərbi hücuma hazırlaşır.

Mənbə həmçinin bildirib ki, İsrail Həmasın cavablarının qarşısını almaq üçün gələcək müharibəyə daha çox qüvvə cəlb edəcək.

Valla veb səhifəsi deyib ki, demokratik yolla seçilmiş Qəzza hökuməti öz anti-İsrail mövqeyini dəyişmədiyi üçün və İsrailin Fələstin torpaqlarını işğalına qarşı müqaviməti dayandırmağı rədd etdiyi üçün İsrail Qəzzaya qarşı hücumda qətiyyətlidir.

İsrail 2012-ci ilin noyabr ayında Qəzza qarşı hərbi hücum həyata keçirdi. Hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla 160 fələstinli qətlə yetirilmiş və 1200 nəfər isə yaralanmışdır. Səkkiz günülük müharibə vaxtı İsrail Qəzza zolağında yerləşən 1500-dən çox hədəfi dağıtmışdır.

Bu hücuma cavab olaraq Fələstin müqavimət döyüşçüləri İsrail şəhərlərinə raket zərbələri endirmişlər və bunun nəticəsində ən azı beş israilli həlak olmuşdur. Müharibəyə Misirin vasitəçiliyi ilə Həmas və İsrail arasında əldə edilmiş sülh nəticəsində son qoyuldu.
Source : Islamtimes
Comment