0
Thursday 9 May 2013 - 11:19

Əsəd: İsraildən intiqamımız Suriyanı bölünməz dövlətə çevirməklə baş tutacaq

Story Code : 262167
Əsəd: İsraildən intiqamımız Suriyanı bölünməz dövlətə çevirməklə baş tutacaq
“IslamTimes” “Əl-əxbar” qəzetinə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşar Əsədlə görüşmüş bir qrup Suriya prezidentinin belə dediyini vurğulayıblar: “Suriya asanlıqla İsrailə bir neçə raket zərbəsi endirməklə xalqını razı sala və Suriya ilə müttəfiq ölkələrin İsrailin Suriyaya hücumu ilə bağlı yaranmış narahatçılığını aradan qaldıra bilər." 
 
Əsəd deyib: “Dəməşq başa düşür ki, İsrail müharibə ardınca olmadığından Suriya onlara hücum edərsə, Tel-Əviv bu addımı onların bir neçə gün öncəki hücumuna cavab kimi qəbul edəcək və müharibəyə başlamayacaq.”
 
Suriya prezidenti təkidlə bildirib ki, məntəqədəki mövcud durum səbəbindən heç bir müharibədən söhbət gedə bilməz. İsrail və ABŞ da növbəti müharibə ardınca deyillər. Bu gün Suriya İsrailin hücumuna cavab verərsə, bu texniki bir cavab olacaq. Amma bizim əsil hədəfimiz strateji bir intiqam almaqdır.
 
Əsəd əlavə edib: “Biz bütün qapıları müqavimət hərəkatının üzünə açmaq niyyətindəyik ki, Suriya yekdil, bölünməz bir dövlətə çevrilsin. Biz İsrailin hücumundan sonra bu günə qədər Suriyada əsil düşmənlərimizlə vuruşduğumuza əmin olduq. Biz Suriyada İsrail qüvvələrini təqib edirik.”
Comment