0
Thursday 9 May 2013 - 23:08

Gülən camaatından Ərdoğana “Baş nazir olmağı unut” mesajı!

"Türkiyə bir diktatorluğa gedir"
Story Code : 262394
Gülən camaatından Ərdoğana “Baş nazir olmağı unut” mesajı!
Gülən camaatından Ərdoğana “Baş nazir olmağı unut” mesajı!
Islam times.org/az/ - Zaman qəzetinin yazarı Hüseyn Gülerce bu günki yazısında Nazirlik Sistemi və Konstitusiya müzakirələri ilə əlaqədar diqqət çəkici ifadələr işlədib. Gülərcə yazısında Ərdoğana "Baş nazir olmağı unut" mesajı verərkən prezidentin belə namizədliyini verməməsinin daha yaxşı olacağı siqnalını verdi.

Gülercənin yazısının mövzuyla əlaqədar hissələri bu şəkildədir:
"Dörd partiyadan ibarət Konstitusiya Uzlaşma Komissiyasının işlərindən bir nəticə çıxmayacağı artıq aydın oldu.

... İndi nə olacaq?
... AK Partiyanın BDP ilə birlikdə konstitusiya mətni hazırlaması isə AK Partiyaya böyük zərər verər. Hələ həll prosesinin də davam etdiyi bir sırada, AK Partiya üçün siyasi dağılma da gələ bilər. "AK Partiya nazirlik sistemi qarşılığında İmralı ilə bazarlıq etdi" damğasını heç bir vəchlə ört-basdır etmək olmaz. Məcburi olaraq təkcə C planı qalır. Yəni AK Partiya öz konstitusiya layihəsini Məclisə gətirəcək.

... C planı əslində AK Partiya üçün ən doğru və xeyirli yol ola bilər. AK Partiya elə bir demokratik, sivil, azad qaralama ilə qarşımıza çıxar ki, bu şablona xeyr demək, bütün partiyaları çətinliyə salar ... Ancaq belə bir hücum, AK Partiyanın prezident, yarı nazirlik sistemlərindən imtina etməsinə bağlıdır. ... Bütün bir sistemi nazirlik ya da yarı nazirlik üçün konfiqurasiya etmək artıq mümkün deyil.

O zaman AK Partiyanın israr edəcəyi tək xüsus olaraq "partiyalı prezident" variantı qalır. Mən bu israrı haqlı görürəm.
Bu gün AK Partiyaya Hörmətli Ərdoğanın şəxsinə görə səs verənlərin nisbəti böyükdür. Bu seçici kütləsi küsərsə, AK Partiya ciddi bir sarsıntı keçirər. Bəlkə C planı içərisindəki sürpriz hücum Baş nazir Ərdoğanın, prezidentliyə namizədliyini verməməsidir. Hörmətli cənab Baş nazir bu günə qədər namizəd olacağını söyləmədi. Namizəd olmazsa, o zaman partiyalı prezidentə da ehtiyac qalmaz ... "

"Ərdoğan güc zəhərlənməsi yaşayır"
Gülərcənin bu yazısı ötən gün “Gerçək Gündem” yazıçısı Barış Yarkadaşın bir yazısında keçən iddiaları xatırlatdı. Yarkadaşın iddiasına görə, ABŞ-a aparılan doqquz jurnalist, təxminən 15 gün əvvəl Gülən ilə görüşdü. Gülən bu görüşdə yayınlanmaması şərti ilə Ərdoğan üçün olduqca sərt ifadələr işlədib. Yarkadaş 5 may tarixli yazısında Gülənin Ərdoğan üçün "Güc zəhərlənməsi yaşayır" dediyini qeyd edərkən 7 may tarixli yazısında "Türkiyə bir diktatorluğa gedir" ifadələri istifadə etdiyini iddia etmişdi.
Source : Islamtimes
Comment