0
Sunday 12 May 2013 - 15:22

Suriya: Nusra Cəbhəsi ən azı 600 terror aktının məsuliyyətini öz üzərinə götürüb

Story Code : 263126
Suriya: Nusra Cəbhəsi ən azı 600 terror aktının məsuliyyətini öz üzərinə götürüb
Suriya: Nusra Cəbhəsi ən azı 600 terror aktının məsuliyyətini öz üzərinə götürüb
Islam times.org/az/ - Cümə günü BMT Təhlükəsizlik Şurasının sessiyası zamanı çıxış edən Bəşər əl Cəfəri əl Qaidəyə bağlı olan terror qrupunu xəstəxanalara və məktəblərə hücumlarına, müqəddəs əraziləri dağıtdıqlarına, din xadimlərinə suiqəsd etdiklərinə və BMT sülhməramlılarını girov götürdüklərinə görə təndiq edib.

Cəfəri həmçinin bəzi BMT-yə üzv dövlətləri Suriyada mövcud olan silahlı üsyançıları dəstəklədikləri üçün kəskin şəkildə tənqid edib.

Diplomatlar bəyan edərək bildiriblər ki, gələn həftə BMT Təhlükəsizlik Şurası əl Qaidə terror şəbəkəsinə bağlı olan əl Nusra Cəbhəsini terror təşkilatları siyahısında əlavə edərək ona qarşı sanksiyalar tətbiq edəcək.

Bunun nəticəsində çrəşənbə axşamı günüdən başlayaraq qrupun bütün qlobal mülkiyyəti dondurulacaq.
Bu hadisə Suriya hökumətinin Təhlükəsizlik Şurasından əl Nusra cəbhəsini terror təşkilatı kimi tanımasını tələb etdikdən sonra baş verdi, ancaq Britaniya və Fransa bu tələbə blok qoyublar.

Artıq ABŞ-da terror təşkilatı kimi tanınan əl Nusra cəbhəsi Suriya ətrafında həyata keçirilən bombardumana görə məsuliyyət daşıyır.

Əl Nusranın rəhbəri Əbu Muhəmməd əl Cəvlani də həmçinin əl Qaidə lideri Ayman əl Zəvahiriyə sadiqlik andı içib.
Source : Islamtimes
Comment