0
Sunday 12 May 2013 - 15:41

ABŞ-ın regionda hegamonluq dövrü artıq başa çatıb

Story Code : 263128
ABŞ-ın regionda hegamonluq dövrü artıq başa çatıb
ABŞ-ın regionda hegamonluq dövrü artıq başa çatıb
Islam times.org/az/ - Cümə günü İran məclisinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü olan Əhməd Baxşayeş deyib: “Regiondakı İslami Oyanışın böyük dalğası ABŞ və Qərbin hökmranlıq dairəsini zəiflədib. Beləliklədə, ABŞ hərbi şou təşkil etməklə regionda öz liderlik statusunu yenidən bərpa etmək istəyir. ”

Millət vəkili daha sonra deyib ki, təlimlərdən məqsəd ABŞ və müttəfiqləri arasında olan bağlılığın onların regionda maraqlarını müdafiə edəcək fikrini nümayiş etdirməkdir.

ABŞ və onun müttəfiqləri, Britaniya və bəzi ərəb ölkələri də daxil olmaqla 6 may tarixində Fars Körfəzində Beynəlxalq Mina Əleyhinə Təlimlər adı altında birgə hərbi təlimlərə başlayıblar.

Vaşinqton iddia edərək bildirib ki, 30 may tarixinə qədər davam edəcək təlimlərdən məqsəd mina təmizləmədə təcrübənin qazanılması və ticarət gəmilərinin müdafiəsidir.

7 May tarixində İran xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst ABŞ və digər xarici dövlətlərin Fars Körfəzində keçirilən təlimlər zamanı hərhansı bir provokativ hadisələrə qarşı xəbərdarlıq etmiş və demişdir ki, ərazidəki hər bir addım İran müdafiə qüvvələri tərəfindən müşahidə ediləcək.
Source : Islamtimes
Comment