0
Monday 13 May 2013 - 09:53

İranda prezident seçkilərində rekord sayda namizəd qeydə alınıb

Story Code : 263353
İranda prezident seçkilərində rekord sayda namizəd qeydə alınıb
“PressTV”nin məlumatına görə, seçkilərdə iştirak etmək istəyən 686 nəfər qeydiyyatdan keçib. Ən gənc namizədin 19, ən yaşlı namizədin isə 87 yaşı var. Bu, İran seçkilərində qeydiyyata alınmış ən rekord namizəd sayıdır.
 
Məlumata görə, namizədlərin qeydiyyata alınmasının ikinci mərhələsində onların sayı xeyli azalacaq. İran Konstitusiyasına görə, bülletenlərə adları salınacaq namizədləri qeydiyyata alınmış namizədlərin içərisində xüsusi məşvərət qrupu seçəcək. Yekun namizədlərin sayı 10 nəfəri keçməyəcək. Konstitusiya Məşvərəti Şurası mayın 22-24-də namizədlərin adlarını açıqlayacaq.
 
Qeyd edək ki, qeydiyyata alınmış namizədlər arasında İranın keçmiş prezidenti Haşimi Rəfsəncani, prezident adminstrasiyasının rəhbəri İsfəndiyar Rəahimi Maşai, keçmiş vitse-prezident Muhəmməd Rza Arif, İran XİN-inin rəsmisi Ramin Mehmanpərəst də var.
 
/Deyerler/
Comment