0
Thursday 16 May 2013 - 12:49

Ankaradakı ABŞ səfirliyi qarşısında partlayış

Story Code : 264514
Ankaradakı ABŞ səfirliyi qarşısında partlayış
"IslamTimes" "Al-Alam" kanalına istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Yaralıların sayı barədə rəsmi məlumat verilməyib. Amma həlak olanların birinin ABŞ vətəndaşı və səfirlik işçilərindən olduğu, digəri isə intihari əməliyyatı həyata keçirən şəxs oludğu xəbər verilir.
 
Partlayışın səfirliyin ikinci dərəcəli giriş qapılarından birinin önündə baş verdiyi bildirilir. Uyğun məntəqədən partlayış səbəbindən yaranmış qatı dumanın qalxdığı müşahidə edilir, təcili yardım maşınları və yanğınsöndürənlər hadisə yerinə cəlb olunub.
 
ABŞ-ın Türkiyədəki səfiri Fransis Rikardune jurnalistlərin arasına çıxaraq "Partlayış terror əməliyyatı olub, ABŞ və Türkiyə rəsmilərinin iş birliyi davam edir" cümləsi ilə kifayətlənib.
Comment