Səid Cəlili və Ketrin Eşton İstanbul görüşünün faydalı keçdiyini bildiriblər
Story Code : 264558
APA-nın “İRİBNEWS”a istinadən məlumatına görə, İranın İstanbuldakı baş konsulluğunda keçirilən görüş 4 saat çəkib. Görüşün detalları barədə ictimaiyyətə heç bir açıqlama verilməyib.
S.Cəlili jurnalistlərə açıqlamasında deyib ki, müzakirələr faydalı keçib və hər iki tərəf də mövqelərini yaxınlaşdırmaq üçün tezliklə təkrar görüşəcək.
K.Eşton da öz növbəsində görüşün faydalı keçdiyini, müzakirələr zamanı İranla “altılıq” ölkələrinin irəli sürdüyü təkliflər ətrafında fikir mübadiləsi aparıldığını və növbəti danışıqların vaxtının müəyyənləşdirilməsi üçün yaxın gələcəkdə təmasa keçəcəklərini söyləyib.