0
Thursday 16 May 2013 - 16:12

Türkiyədə İsrail əleyhinə 3 aksiya keçirildi

Story Code : 264593
Türkiyədə İsrail əleyhinə 3 aksiya keçirildi
15 mayda Türkiyədə sionist İsrail əleyhinə (diplomatik korpuslar önündə) üç aksiya keçirilib.
 
Aksiyalar "Nəqbə" günü münasibətilə təşkil edilib.
 
İki aksiya İsrailin İstanbuldakı konsulluğu, üçüncü aksiya isə Ankarada İsrail səfirliyi önündə baş tutub.
 
Aksiyalar "Fələstin Xalqıyla Həmrəylik Dərnəyi" tərəfindən təşkil edilib.
 
Ankaradakı etiraz aksiyasını isə MAZLUMDER insan haqlarının müdafiə təşkilatı təşkil edib. Onlar İsrail səfirliyinin qarşısında keçirilən aksiyasının sonunda mətbuat açıqlaması da veriblər.
 
Qeyd edək ki, 1947-ci il noyabrın 29-da BMT tərəfindən Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün (Yerusəlim) Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlənib.  1948-ci il mayın 14-də isə İsrail dövlətinin yaradılması rəsmən elan edillib. Heç 24 saat keçməmiş Misir, İordaniya, Suriya, Livan və İraqın orduları ölkəyə hücum edir. 15 ay davam edən döyüşlərdə yenicə təşkil olunmuş, pis silahlanmış İsrail Ordusu (TSAHAL) hücumları dəf edə bilir (ərəb rejimlərinin xəyanəti nəticəsində). Bundan sonra fələstinlilər vətənlərini tərk etməyə məcbur olurlar. 15 may 1948-ci ildən (fələstinlilər bu günü "Nəqbə" adlandırır) vətənlərini tərk edən fələstinlilərin 2 milyonu İordaniyada, 430 mini Livanda, 790 mini Qərbi Şəriyyədə, 1,1 milyonu Qəzzada yaşayır. BMT Təhlükəsizlik Şurasının qərarları bu fələstinlilərin torpaqlarına qeyd-şərtsiz olaraq qayıtmaq haqqını tanıyır.
Source : İslamAzeri
Comment