0
Friday 17 May 2013 - 16:12

Roma Papası Avropadakı böhrandan danışdı

Story Code : 264888
Roma Papası Avropadakı böhrandan danışdı
Roma Papası Fransisko dünya siyasətçilərini imkansızlara sözlərdə deyil, daha real yardımlar etməyə çağırıb.
 
Roma Papasının bu nitqi onun Avropa Birliyini dağıtmaqda olan maliyyə böhranına həsr etdiyi ilk çıxışı olub.
 
Vatikandakı diplomatlara müraciət edən Papa bildirib ki, azad bazarlar tiranlığa çevrilib və burada insanlara yalnız alıcı kimi baxılır.
 
“Pullar xidmət etməlidir, hökmranlıq etməli deyil”, - deyə Roma Papası bildirib və təcili humanitar islahatlara çağırıb.
Comment