0
Saturday 18 May 2013 - 23:55

İşğal altında olan Suriyanın Qolan Yüksəklikləri tez bir zamanda İsrail işğalından azad edilə bilər

Story Code : 265269
İşğal altında olan Suriyanın Qolan Yüksəklikləri tez bir zamanda İsrail işğalından azad edilə bilər
Islam times.org/az/ - İran hərbi birləşmələrinin sədr müavini general mayor Məsud Cəzayeri Livanın əl Mənar televiziyasına müsahibəsi zamanı deyib: “Təhlükəsizlik və hərbi baxımından deyə bilərəm ki, Qolan Yüksəkliklərinin azad edilməsi qeyri mümkün deyil və bu tez bir zamanda baş verə bilər.”

İranlı komandir əlavə edərək deyib : “Belə görünür ki, növbəti bir neçə ay ərzində regionda ciddi dəyişikliklər müşahidə edəcəyik və həmçinin yeni Suriyanın yaranmasının da şahidi olacayıq.”

O deyib ki, “yeni Suriya” düşmənə qarşı yeni müqavimət cəbhəsi yaradacaq və region dövlətlərinə stabillik mesajı çatdıracaq.

O bu açıqlamanı Livan müqavimət hərəkatı Hizbullahın lideri Seyyid Həsən Nəsrullahın bu yaxınlarda Qolan Yüksəkliklərinin İsrail işğalından azad etmək üçün işlərin aparıldığını dedikdən sonra bu işlərə dəstək məqsədi ilə bəyan etmişdir.

İsrail rejimi 1967-ci ildə altı günlük müharibə zamanı Suriyaya məxsus Qolan Yüksəkliklərini işğal etmiş, həmçinin Qərb Sahilinin və Qəzza Zolağının idarəçiliyini öz əlinə almışdır.

İsrail son günlərdə Qolan Yüksəkliklərində bir sıra hərbi əməliyyatlar həyata keçirib. İsrail rejimi həmçinin yanvar ayından etibarən Suriya ərazisinə üç hava zərbəsi endirib.
Source : Islamtimes
Comment