0
Monday 20 May 2013 - 21:07

Müqavimət ordusu İsrail rejiminin hər bir addımını izləyir

Story Code : 265885
Müqavimət ordusu İsrail rejiminin hər bir addımını izləyir
Müqavimət ordusu İsrail rejiminin hər bir addımını izləyir
Islam times.org/az/ - Bazar günü İCANA xəbər agentliyinə müsahibə verən Muctəba Rəhmandost deyib: “Tel Əviv Qüdsü və işğal altında olan digər İslami əraziləri yəhudiləşdirmək istəyir, ancaq İslami müqavimət əl Əqsa məscidini israilli məskunların təcavüzlərindən qorumaq məqsədi ilə Tel Əvivin bütün hərəkətlərini izləyir.”

Millət vəkili deyib: “Sionist rejimi indiyə qədər işğal edilmiş torpaqların islami kimliyini dağıda bilməyib və islami müqaviməti də zəiflədə bilməyib.”
8 May tarixində İsrail qüvvələri Şərqi Qüdsdə əl Əqsa məscidinin qarşısında fələstinlilərə hücum etmiş və məscidə daxil olaraq onlarla fələstinli gənci həbs etmişdilər.

Oxşar hadisə 7 may tarixində 100 israillinin məscidə daxil olmasından sonra fələstinlilər ilə əsgərlər arasında baş vermişdir. Məlumata əsasən bir neçə fələstinli yaralanmış və bir neçə nəfər isə həbs edilmişdir.

İsrail rejiminin işğal edilmiş Fələstin torpaqlarında məskunlaşmanın mövcud olması və davam etdirilməsi Yaxın Şərqdə sülhə nail olmaq yolunda ən ciddi maneəyə çevrilmişdir.

1967-ci ildə İsrailin işğal edilmiş Fələstin torpaqları olan Qərb Sahili və Şərqi Qüdsdə saldığı 120 qeyri qanuni məskənlərdə yarım milyondan çox israilli yaşayır.

BMT və əksər dövlətlər İsrailin bu məskunlaşma siyasətini qeyri qanuni hesab etmişdilər, çünki İsrail bu əraziləri 1967-ci ildə işğal edib və Cenevrə Konvensiyasına əsasən işğal edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparmaq qadağandır.
Source : Islamtimes
Comment