0
Wednesday 22 May 2013 - 21:57

Türkiyəni dəhşətə salan qanlı olayla bağlı əsl gerçək üzə çıxdı!

Story Code : 266581
Türkiyəni dəhşətə salan qanlı olayla bağlı əsl gerçək üzə çıxdı!
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Polis İdarəsi və Türk Silahlı Qüvvələrinin Baş Qərargahının internet saytlarına hücum edən Redhack haker qrupu bu gün günorta saatlarında Jandarm Kəşfiyyat Dairəsinə məxsus bir sıra məxfi sənədləri ələ keçirdiyini və yaxın saatlarda həmin sənədləri yayacağını bəyan edib.
“Redhack” haker qrupu 2 saat sonra isə həmin sənədləri internetdə yayıb. Reyhanlıda törədilən partlayışdan sonra hazırlanmış həmin sənədlərdə ən çox diqqət çəkən məqam isə Türkiyəyə yönəlik bu terror aktına hazırlıqla bağlı kəşfiyyat məlumatının aprelin 25-də əldə edilməsinin qeyd olunmasıdır. Sənədlərdə yazılıb ki, Suriyada fəaliyyət göstərən “Əl-Qaidə” terror təşkilatına yaxın qruplara çatdırılmaq üzrə hazırlanan bomba yüklü avtomobillər Suriya hakimiyyəti tərəfindən də axtarılıb. “Redhack” haker qrupunun yaydığı sənədlərdə həm də bu planın Suriyadakı ən nüfuzlu müxalif qruplardan “Əl-Nusra”nın Türkiyəyə yönəlik bir aksiyada istifadə edilmək üçün 3 avtomobilə bomba yüklədiyi yönündə aprelin 25-də əldə edilmiş məlumatlarla üst-üstə düşdüyü barədə cümlə də diqqət çəkir.
Bu arada bu gün Türkiyənin Yayladağ sərhəd-keçid məntəqəsini bağladığı üzə çıxıb. Anadolu agentliyinin yaydığı məlumatda qeyd edilir ki, sərhəd-keçid məntəqəsi təhlükəsizlik məsələləri ilə bağlı bir ay ərzində bağlı olacaq. Sərhəd-keçid məntəqəsindən yalnız Suriyadan gələn Türkiyə vətəndaşları, o cümlədən tranzit məqsədlə bu sərhəd-keçid məntəqəsindən istifadə etməklə Türkiyə istiqamətində hərəkət edən xaricilər keçə biləcəklər. Mayın 11-də Reyhanlıda törədilən partlayışda istifadə edilən partlayıcı maddələr məhz Yayladağ sərhəd-keçid məntəqəsindən keçirilməklə avtomobillərə yüklənib. Partlayışlar zamanı 51 nəfər həyatını itirib...
Comment