0
Friday 24 May 2013 - 02:07

MRC: Şəhid Hacı Vaqif məsələsində edilən səhlənkarlıqlar təkrar olunmasın

Story Code : 266949
MRC: Şəhid Hacı Vaqif məsələsində edilən səhlənkarlıqlar təkrar olunmasın
MRC: Şəhid Hacı Vaqif məsələsində edilən səhlənkarlıqlar təkrar olunmasın
Islam times.org/az/ - Ruhullah Axundzadə Azərbaycan İslam Partiyasının, eləcə də cənub bölgəsində 20 il ərzində ictimai-siyasi sahələrdə atılan addımların rəhbərlərindən biri olub. O, dəfələrlə həbs edilib, təhdid olunub, amma geriyə çəkilməyib. Onun atası da Höccətullah 20 ilə yaxın haqq və ədalət üzərində həbs edilib və bu yolu öz gələcək nəsli üçün irs qoyub.

Ruhullah Axundzadənin ağır infakt xəbəri bizi çox narahat etdi və bu xəbər Şəhid Hacı Vaqif Abdullayevin Əliyevlər zindanında acı ölüm xatirəsini yenidən zehnlərimizdə canlandırdı. Hal hazırda hər bir müsəlmana lazımdır ki, onun şəfa tapması və azadlığa çıxması üçün əlindən gələni etsinlər.

MRC olaraq hakimiyyətdən tələb edirik ki, Ruhullah Axundzadənin müalicəsi üçün bütün qüvvələrini səfərbər etsinlər və tez bir zamanda onu Azadığa buraxsınlar. Əks halda əmin olsunlar ki, Allah və onun bəndələri tərəfindən ağır zərbələrə məruz qala bilərlər. Möminlərdən və dini kəsimlərdən də artıq dərəcə xahiş olunur ki, Şəhid Hacı Vaqif məsələsində edilən səhlənkarlıqlar təkrar olunmasın, bütün qüvvələr Mübariz ağsaqqalımız Ruhulla Axunzadənin vəziyyətini gündəmdə saxlasınlar və onun azadlığa çıxması üçün əllərindən gələni əsirgəməsinlər.

Tohid İbrahimbəyli
Source : Hicab.org
Comment