0
Monday 27 May 2013 - 10:53

ABŞ-da yenidən dinc insanlara atəş açıldı

Story Code : 267848
ABŞ-da yenidən dinc insanlara atəş açıldı
Bir nəfəri öldürüb, 5 nəfəri isə yaralayıb. Atəş açan şəxs özü isə polislə atışma zamanı ölüb. Məlumatı "Reuters" agentliyi yayıb.  Polisin məlumatına görə, həmin kişi İden şəhərində idarə etdiyi avtomobildən atəş açıb. Bundan sonra həmin şəxs Breydi şəhərinə gedib. Burada da supermarketin qarşısında maşının içində oturan adamları yaralayıb. Sonra Eoula yaşayış məntəqəsinə gedərək orada 41 yaşlı Alisiya Torresi öldürüb.  Polis təqribən 15 dəqiqə ərzində həmin şəxsi tapıb. Atışma nəticəsində həmin şəxs öldürülüb. Konço dairəsinin şerifi atışma zamanı yaralanıb.  Qətliam törədən kişinin adı açıqlanmır. /Milli/
Comment