0
Tuesday 28 May 2013 - 09:46

DEVAMM Rufulla Axundzadənin təcili azadlığa buraxılması üçün çağırış edir

Story Code : 268158
DEVAMM Rufulla Axundzadənin təcili azadlığa buraxılması üçün çağırış edir
Ötən həftə xəstə məhkumun durumu ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edən R.Axundzadənin vəkili Anar Qasımlı hələ də müraciətə rəsmi cavab ala bilmədiyini deyib.
Vəkilin sözlərinə görə, hazırda onun səhhəti ağır olaraq qalır və həbsdən buraxılmalıdır. O, Penitensiar Xidmətdən rəsmi cavab - rəy aldıqdan sonra müvəkkilinin azadlığa buraxılması üçün məhkəməyə müraciət edəcəyini söyləyib.
Rufulla Axundzadənin oğlu Məhəmmədəli Axundzadə azadxeber.net internet qəzetinə bildirib ki, atasına mütəmadi olaraq dərmanlar göndərirlər. Ancaq xəstənin durumu xeyli dərəcədə ağırdır və qapalı müəssisə onun tam şəkildə müalicə alması üçün yetərli imkanlara sahib deyil: “Dərmanları alıb göndəririk. Amma saxlanma şəraiti ”zon"dakı şəraitdən də pisdir. Müalicəsi getsə də, zondan xəstəxanaya çatdırmaqda edilən səhlənkarlıq özünü büruzə verməkdədir. Belə ki, atamı infarkt keçirdikdən sonra maşında iki saat saxladıqdan sonra xəstəxanaya gətiriblər. İnfarkta zəmin yaradan səbəblərin ən başlıcası səhlənkarlıqdır. Çünki atam həbsxanaya düşməmişdən qabaq da dərmanlarla keçinib və ürəyində problemi əsgərlik vaxtındandır. 4 ay əsgərlik edib, sonra ürəyinə görə hərbi xidmətdən tərxis olunub. Həbsxanaya düşdükdən sonra da müalicəsini aparıb. Son vaxtlar ona qarşı mənəvi təzyiqlər olub və zonun tib məntəqəsinə dəfələrlə müraciət etsə də, bəhanə edərək onu nə müayinə, nə də müalicə ediblər".

Qeyd edək ki, Rufulla Axundzadə 2011-ci ilin yanvarında İslam Partiyasının rəhbəri Mövsüm Səmədov və bir qrup fəal ilə birlikdə həbs olunub. O, 11,5 il azadlıqdan məhrum edilib.

Bu qrupda olan məhkumlardan biri, İslam Partiyası sədrinin müavini Vaqif Abdullayev 2012-ci ilin yayında həbsxanada ağır xəstəlikdən vəfat edib. Hüquq müdafiəçilərinin çağırışlarına baxmayaraq, onun son günlərini doğmaları ilə keçirməsinə imkan verilməyib. (musavat.com)
 
 DEVAMM Rufulla Axundzadənin təcili azadlığa buraxılması üçün çağırış edir
 
DEVAMM bununla bağlı bəyanat yaymışdır. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bidirilir: "DEVAMM olaraq, Rufulla Axundzadənin vəziyyətindən dərin narahatlığımızı ifadə edirik. Ona qarşı sərgilənən rəftarı, hüquqlarının kobud surətdə pozulması kimi qiymətləndiririk. Rufulla Axundzadə təcili azad edilməli və barəsində tibbi xarakterli təcili tədbirlər görülməlidir. DEVAMM olaraq əlaqədar qurumlara Rufulla Axundzadənin təcili azad edilməsi üçün müraciət edirik". /deyerler/
Comment