0
Tuesday 28 May 2013 - 15:55

İordaniya və İsrail Suriya məsələsində birgə fəaliyyət göstərirlər

Story Code : 268335
İordaniya və İsrail Suriya məsələsində birgə fəaliyyət göstərirlər
İordaniya və İsrail Suriya məsələsində birgə fəaliyyət göstərirlər
Islam times.org/az/ - Kral II Abdullaha yaxın olan yüksək rütbəli İordaniya rəsmisi Londonda yerləşən “Jews Chronicle” (Yəhudi Xronikası) qəzetinə müsahibəsində deyib ki, Oman və Tel Əviv Suriya məsələsi üzərində bir dövlət kimi çalışırlar.

Məlumatda adının xatırlanmadığı İordaniya rəsmisi deyib ki, əlbəttə ki, əgər İsrail Suriyaya hücum etmək istəsə, bu zaman İordaniya öz hava məkanından istifadəyə icazə verəcək.

5 May tarxində rəsmi Suriya bəyan edərək deyib ki, əl Qaidəyə bağlı olan qruplar Suriya ordusu tərəfindən ağır itgilərə məruz qaldıqdan sonra İsrail rejimi Dəməşq ətrafında yerləşən tədqiqat mərkəzinə hava hücumları həyata keçirib.

Suriya mediasının veridiyi məlumata əsasən İsrail rejimi öz hücumu ilə Cəmraya tədqiqat mərkəzini hədəf almışdır.

İordaniya rəsmisi Suriya prezidenti Bəşər Əsədə istinad edərək deyib: “Suriya artıq uzun müddətdir ki, münaqişə içərisindədir. Əsəd daha ölkədə stabillik yaratmaq iqtidarında deyil. İsrail vəziyyətə nəzarət edir və bizim də buna ehtiyacımız var. Biz İsrail ilə bir dövlət kimi fəaliyyət göstəririk. ”

Artıq iki ildir ki, Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla münaqişə nəticəsində xaricdən dəstək alan silahlı üsyançılar xeyli dinc insanı qətlə yetirib.

Keçən bir neçə gün ərzində Suriya ordusu xaricdən dəstək alan üsyançılara qarşı bir sıra uğurlu əməliyyatlar həyata keçiriblər.

25 May tarixində Hizbullah baş katibi Seyyid Həsən Nəsrullah Livan müqavimət hərəkatının üzvlərinin Livan sərhəddi yaxınlığında yerləşən Suriyanın əl Quseyr kəndində üsyançılara qarşı döyüşməsini müdafiə etmiş və bunu müsbət dəyərləndirmişdir.

18 May tarixində prezident Bəşər Əsəd bəyan edərək bildirib ki, 29 müxtəlif ölkədən olan muzdur döyüşçülər ölkənin müxtəlif ərazilərində hökumətə qarşı döyüşürlər.
Source : Islamtimes
Comment