0
Wednesday 29 May 2013 - 14:02

Türkiyənin “Aydınlık” qəzeti: “AKP İsrailin könüllü nəfəri”

Story Code : 268695
Türkiyənin “Aydınlık” qəzeti: “AKP İsrailin könüllü nəfəri”
Türkiyənin “Aydınlık” qəzeti: “AKP İsrailin könüllü nəfəri”
Kamalak Ərdoğanın müavini Bozdağın “Hizbullah”a “hizbuşeytan” deməsinə sərt təpki gəlmiş və bu cür açıqlamaların siyasi arenada böyük səhv və İsrail üçün atılan addım kimi dəyərləndirib.

Bundan başqa bəzi yazarlar da, Bozdağa təpki gəlmişdir.

Yazar Ahmet Hakan son köçəsində bu cümlələrə yer verir: “Yaxın şərq uşaqlarının üzünü “Hizbullah” güldürdü. İndi də, baş nazirin köməkçisi “Hizbullah”a “hizbuşeytan” deyir. Niyə? Əsədə dəstək etdiyinə görə? Niyə Baş nazirin müavini Əsədə dəstək verən Putinə belə söz deməyə tərəddüd edir? Amma “Hizbullah”a etmir?”.

“Velfecr” saytında “Hizbullahın adını ağzına almamışdan əvvəl 9 dəfə torpaqla paklamalısan” kimi sərt cümlələr yer almışdır.

Kənan Çamurçu isə yazısında “Hizbullahın inkişaf etməsi və uğurları İsraili çox narahat edir. Bu narahatçılıq isə, Ankaradan biruzə verilir” kimi ifadələrə yer verib.

Sosial şəbəkələrdə isə, “Milli Görüş” lideri Nəcməddin Ərbəkanın “AKP İsrailı uşaqlıq edir, onun aləti olaraq istifadə edilir” kimi cümlələrin yer aldığı videolar yayılır.
Source : Islamazeri
Comment