0
Wednesday 29 May 2013 - 14:48

Suriyalı üsyançılar ABŞ-a: Hizbullahı bombala

Story Code : 268710
Suriyalı üsyançılar ABŞ-a: Hizbullahı bombala
Suriyalı üsyançılar ABŞ-a: Hizbullahı bombala
www.Islam times.org/az/ - MacCainin sözçüsünü Amerika xəbər agentliyinə verdiyi məlumatda deyilir ki, o Suriya ərazisinə Türkiyədən keçmiş və orada özünü Azad Suriya Ordusu adlandıran qrup da daxil olmaqla bir sıra üsyançı qrupların komandirləri ilə görüşüb.

Çərşənbə axşamı günü “The Los Angeles Times” qəzetinin verdiyi məlumatda deyilir ki, Azad Suriya Ordusu komandiri general Səlim İdris və digər komandirlərin MacCain ilə görüşündə İdris ABŞ-dan üsyançıları ağır və zirehli döyüş texnikası, silah-sursatı ilə təmin etməyi, Suriyada qeyri uçuş zonasının yaradılmasını və Hizbullaha qarşı hərbi əməliyyat həyata keçirməsini xahiş edib.

İdris daha sonra MacCainin səfərini çox əlverişli adlandırmış və ABŞ hökumətinə üsyançıları silah-sursat və tank və hərbi tayyarələr əleyhinə olan raketlər ilə təmin emtəklə dəstək verməsinə çağırmışdır.

İdris demişdir: “Əlbəttə ki, biz Suriya hava məkanında qeyri uçuş zonasının yaradılmasını və Hizbullahın həm Livanda və həm də Suriya daxilində olan mövqelərinə qarşı zərbələr endirməyi sizdən istəyirik.”

Ancaq ABŞ xəbər agentliyi xaricdən dəstək alan üsyançı rəhbərlərinin ABŞ-dan Hizbullaha qarşı strateji hücumdan məqsəd nəyin olduğuna aydınlıq gətirməyib, ancaq analitiklər hesab edirlər ki, onlar bunu deməklə Obama administratiyasının həyata keçirdiyi mübahisəli hədəfli qətl qroqramını həyata keçirən pilotsuz təyyarələri nəzərdə tuturlar.

“Times”-ın verdiyi məlumata görə Suriya hökumətinin Quseyrdə həyata keçirdiyi ciddi hərbi əməliyyatlar səbəbindən MacCain planlşadırıldığı kimi üsyançı komandirləri ilə görüşə bilməyib.

Amerikalı senator Suriya ərazisində müşayiət edən Suriya fövqəladə əməliyyat qrupunun siyasi direktoru Elizabet Obaqi deyib: “Görüşlərin təşkilində yarana əsas çətinlik budur ki, MacCainin görüşmək istədiyi bir sıra əsas üsyançı komandirləri Quseyrdə ön cəbhədə idilər.”

Suriya daxilindəki üsyançıları dəstəkləyən “qeyri-gəlir” qrupunun rəhbəri Obaqi daha sonra deyib ki, McCain hələ iki həftə əvvəl bizə müraciət edərək üsyançı liderləri ilə görüşmək istədiyini bildirmişdir.

Suriyaya səfər etməzdən əvvəl İordaniyada olan İsrail yönümlü amerikalı senator həmçinin Suriyada qeyri uçuş zonasının yaradılmasının ilk mərhələsi olaraq və Vaşinqtonun anti-Dəməşq üsyançılara yardımının tərkib hissəis olaraq İordaniyanın Suriya ilə sərhəddində Patriot raket sistemlərinin quraşdırılmasını təklif edib.
Source : Islamtimes
Comment