0
Saturday 1 June 2013 - 14:40

Sanksiyaların İran neft istehsalına təsiri yoxdur

Story Code : 269674
Sanksiyaların İran neft istehsalına  təsiri yoxdur
Sanksiyaların İran neft istehsalına təsiri yoxdur
Islam times.org/az/ - Qasimi bu açıqlamanı cümə günü Avstryanın paytaxtı Vyanada OPEC-in 163-cü iclası çərçivəsində təşkil edilmiş mətbuat konfransı zamanı edib.

İranın neft naziri Qərb sanksiyalarının və iqtisadi təziqlərinin neft istehsalına heç bir təsir qoymadığını demiş və bildirmişdir ki, bir vaxtlar neft idxalçısı olan İran artıq neft ixracatçısına çevrilib və halhazırda öz neftini və neft məmulatlarını dünya bazarına çıxarır.

O əlavə edərək deyib ki, ölkənin xam neft ixracatı az bir miqdarda azalıb, ancaq bu kiçik miqdar da ixracat üçün digər neft məhsullarının hazırlanmasında istifadə edilir.

2012-ci ilin 1 iyul tarixində Avropa Birliyi İran xam neftinə və həmçinin Avropa Birliyi sığorta firmalarına İran neft ixracını sığortalamağı qadağan edən sanksiyalar tətbiq edib.

ABŞ-ın rəhbəliyi ilə tətbiq edilən bu sanksiyalar İranın nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etmək ittihamlarına əsaslanır.

İran bütün bu ittihamları rədd etmiş və Nüvə Silahı Yayılmama Razılığını imzalyan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olaraq nüvə texnalogiyasından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirib.

Buna əlavə olaraq Atom Agnetliyi İran nüvə obyektlərində xeyli araşdırmalar aparmış və İranın nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə heç bir sübut aşkar etməmişdir.
Source : Islamtimes
Comment