0
Sunday 30 May 2010 - 22:13

DAHA İKİ KƏNDİ SU BASDI

Story Code : 27098
DAHA İKİ KƏNDİ SU BASDI
İslamtimes- in APA internet saytına istinadən əldə etdiyi məlumata əsasən Azərbaycanın Qax rayonunda təbii fəlakət baş vermişdir.

Qeyd olunmuş məlumatlara əsasən mayın 29-da axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti və leysan yağışlar müşahidə olunub. 

Qax rayon FHK sədri Tahir İsmayılovun verdiyi məlumata əsasən, ötən axşamdan başlayaraq rayon ərazisinə yağan leysan yağışlar nəticəsində Qapıçay çayında suyun səviyyəsi artıb.

Çayın məcrasından çıxması nəticəsində rayonun 150 ev və 1000 nəfərə yaxın əhalisi olan Marsan kəndinin bütün evlərini və həyatyani sahələrini sel suları basıb.
Qeyd edək ki, Qapıçay çayı rayonun Ləkid, Qum, Zərnə və Marsan kəndlərinin ərazisindən keçir.

Qax rayon FHK bildirdiyi məlumata əsasən Qapıçay çayının məcrasından çıxması nəticəsində rayonun Qarabaldır kəndini də su basıb, kəndin ərazisindən keçən Yevlax-Balakən magistral yolunun bir hissəsi də sıradan çıxıb. 

Buna görə də səhər saatlarında başlayaraq bu magistralla nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Ərazidə ancaq iri həcimli avtomobillərin hərəkət etməsi qismən mümkündür.
Source : APA.az
Related Stories
Comment