0
Thursday 20 June 2013 - 09:50

İsrail ABŞ-ın suriyalı üsyançıları silah-sursat ilə təmin etməsini dəstəkləyir

Story Code : 275176
İsrail ABŞ-ın suriyalı üsyançıları silah-sursat ilə təmin etməsini dəstəkləyir
İsrail ABŞ-ın suriyalı üsyançıları silah-sursat ilə təmin etməsini dəstəkləyir
Islam times.org/az/ - Vaşinqton keçən həftə elan edərək bildirib ki, o Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən devirmək üçün xaricdən dəstək alan suriyadakı üsyançılara silah-sursat göndərəcək.

Röytersə müsahibə verən Peres bu planı səmərəli adlandırmış və demişdir ki, ABŞ hökumətinin Suriyadakı üsyançılara silah-sursat verməsindən başqa yolu yoxdur.

14 İyun tarixində ABŞ Suriya hökumətinin üsyançılara qarşı kimyəvi silahdan istifadə etdiyini və bununlada Vaşinqtonun qoyduğu qırmızı xətti keçdiyini iddia etdikdən sonra Obama Suriyadakı üsyançıları silah-sursat ilə təmin etmək haqqında əmr verdi.

Rəsmi Dəməşq isə öz növbəsində bu ittihamları “yalan” adlandırıb.
Məlumat əsasən tüfənglərin, raket atıcıların və tank əleyhinə raketlər də daxil olmaqla bütün silahlar CİA vasitəsilə suriyalı üsyançılara çatdırılacaq.

15 İyun tarixində Pentaqon bəyan edərək bildirib ki, ABŞ F-16 qırıcıları və patriot raket battareyalarını İordaniyada keçirilən hərbi təlimlərdən sonra da ölkədə saxlayacaq.
Source : İslamtimes
Comment