0
Saturday 22 June 2013 - 14:13

İspaniya polisi Əl-Qaidənin səkkiz üzvünü həbs etdi

Story Code : 275777
İspaniya polisi Əl-Qaidənin səkkiz üzvünü həbs etdi
“Əl-Aləm” telekanalının verdiyi xəbərə görə, İspaniya Daxili İşlər Nazirliyi Ceuta şəhərində Əl-Qaidə terror təşkilatına üzv yığan səkkiz nəfəri həbs etdiyini açıqlayıb. Nazirlikdən mətbuata verilən açıqlamada deyilir ki, bu əməliyyatlar İspan polisi və təhlükəsizlik qüvvələri tərəfindən keçirilmişdir. İspaniya Daxili İşlər Nazirliyi bildirib ki, həbs olunan şəxslər bu günə qədər onlarla insanı Suriya xalqına və ordusuna qarşı döyüşmək üçün bu ölkəyə göndərmişlər. Qeyd edək ki, yüzlərlə avropalı Əl-Qaidə terror təşkilatı ilə bir səngərdə döyüşmək üçün bu ölkələrdən Suriyaya səfərbər olmuşlar. Bu günə qədər onlardan bir çoxu öldürülmüşdür.
Comment