0
Sunday 7 July 2013 - 14:44

Hakimiyyətin seçki ilə bağlı məxfi sənədi

Story Code : 280521
Hakimiyyətin seçki ilə bağlı məxfi sənədi
Prezident Administrasiyasının direktivləri əsasında yerli icra hakimiyyətləri qarşıdan gələn prezident seçkisi ilə bağlı xüsusi sənəd hazırlayıb. Sənəd “2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkisinə hazırlıqla bağlı məntəqələrə təhkim olunmuş məsul şəxslər üçün seçki ərazisinin vəziyyətinin öyrənilməsi üzrə yaddaş” adlanır.
Bu barədə qəzetimizə hakimiyyətə yaxın mənbə məlumat verib. Mənbə bildirib ki, sənəd 33 bənddən və 2 qeyddən ibarətdir. Bu sənəddən bir daha aydın olur ki, hakimiyyət prezident seçkisini də ənənəvi qaydada, yəni saxtkarlıqla keçirmək niyyətindədir. Dediklərimizi əsaslandırmaq üçün sənəddə əks olunan bəndlərdən bəzilərini diqqətə çatdırırıq:
21-ci bənd: Məntəqə seçki komissiyalarının tərkibi ilə bağlı sədr və yerli icra nümayədənsi məlumatlı olmalıdır.
22-ci bənd: Seçicilərin əhval ruhiyyəsi öyrənilməlidir.
25-ci bənd: Əraziyə məsul şəxslərin 10 nəfər və 100 nəfərə (onbaşı və yüzbaşılar) bölünməsinə hazırlıq gedirmi? Nüfuzlu şəxslərin siyahıları hazırlanıbmı?
26-cı bənd: Seçki ərazisində müxalifət meylli insanların fəaliyyəti, onlara kimlər havadarlıq edirlər?
27. Əraziyə daxil olan yad adamlar barədə yerli icra nümayəndliyində məlumat varmı? Onlarla necə iş qurulub? Qanunsuz imza toplanmasına hazırlıq görülürmü, təbliğat aparılırmı, buna qarşı hansı tədbirlər planlaşdırılıb?
Seçki günü mədəni kütləvi tədbirlərdə, konsert proqramlarında seçicilərə tibbi və iaşə xidmətləri göstərilməsinə hazırlıq görülürmü?
31. Ərazidəki idarə müəssisəsilərdə, məktəblərlə ümumilli liderin, cənab prezidentin yeni portretlərindən istifadənin vəziyyəti. Ulu öndərin 1978-ci il və cənab prezidentin 2006, 2011 və 2012 -ci illərdə səfərlərilə bağı stendlər varmı?
32. Əslən həmin ərazidən olan hazırda Bakıda olan nüfuzlu şəxslərin siyahısı hazırlanıbmı?
Qeydlərdə isə yazılıb:
1. Kəndə gələn yad adamlar və mətbuat işçiləri barədə dərhal rayon seçki qərargahına(YAP-ın seçki qərargahı nəzərdə tutulur-red) məlumat verilməlidir. Heç bir jurnalistə heç bir məlumat verilmir və rayon icra hakimiyyətinin müvafiq şöbəsi ilə əlaqə saxlanılır.
2. Yaddaş üzrə mövcud nöqsanların aradan qaldırılması ilə seçki məntəqəsinə məsul olan şəxslər yerli icra və bələdiyyə orqanları ilə birlikdə məşğul olur, məntəqənin tam hazır vəziyyətə gətirilməsini təşkil edirlər. Görülən işlərin yekunu barədə rayon icra hakimiyyətinə 15 iyul 2013-cü il tarixdə rəsmi arayış təqdim olunur.
Sənədin digər bəndlərində bu tip qanunsuzluqların ehtiva olunduğu direktivlər var. Göründüyü kimi hakimiyyət artıq indidən bölgələrdə müxalifət fəallarını təqib etməyi, media mənsublarını zərərsizləşdirməyə, onbaşı və yüzbaşı qrupların yaradılmasına, o cümlədən yerlərdə nüfuzlu şəxslərin ələ alınmasına başlayıb. /Azadlıq/
Comment