0
Monday 8 July 2013 - 21:30

“Səudiyyə Ərəbistanı Mübarək rejiminin qalıqlarını hakimiyyətə gətirməyə çalışır”

Story Code : 280582
“Səudiyyə Ərəbistanı Mübarək rejiminin qalıqlarını hakimiyyətə gətirməyə çalışır”
Ərəbistanlı araşdırmaçı Həmzə əl-Həsən “FarsNews”la müsahibəsi zamanı təkidlə bildirib ki, rəsmi Riyaz MisirdəMəhəmməd Mursini devirən siyasi qruplar və cərəyanlar arasında qarşıdurma yaratmaqla sabiq diktator Hüsnü Mübarək rejiminin qalıqlarını hakimiyyətə gətirmək niyyətindədir. 
 
Həmzə əl-Həsən sözlərinin davamında deyib ki, Səudiyyə rejimi elə öncədən Müsəlman Qardaşlarının hakimiyyətə gəlməsinə qarşı idi. Çünki Müsəlman Qardaşlarının Demokratik və İslami bir hökumət formalaşdırması heç də Ali-Səud rejiminin ürəyincə deyildi.
 
Ərəbistanlı araşdırmaçı sözlərinə belə davam edir: Misirdə baş verən sunami əslində Qatar, Türkiyə və Müsəlman Qardaşlarının məntəqədəki ən mühüm planlarını üstələdi. Bu ölkələrin hazırladığı planlar uyğun hadisələr səbəbindən elə bir şəkildə parçalanıb ki, onların yenidən bir yerə yığılması inandırıcı görünmür.
 
Həmzə əl-Həsən deyir: “Elə görünür ki, Müsəlman Qardaşlarının süqutu ilə Misir Hüsnü Mübarəkin dövründə olduğu kimi Ərəbistanın əlində bir oyuncağa çevriləcək. Bu zəmində Ərəbistan şeyxləri və müftiləri bütün imkanlarından istifadə edəcək. Onlar sabiq Mübarək rejiminin məmurları və hərbiçilərdən istifadə ilə Misir xalqına hökmranlığı bir daha ələ almaq istəyirlər.”
 
Ərəbistanlı araşdırmaçı əlavə edib: “Hüsnü Mübarəkin süqutu Ali-Səud rejimini qəzəbləndirdiyi qədər Məhəmməd Mursinin süqutu onları bir o qədər xoşhal etdi. Elə bu səbəbdən də Səudiyyə Ərəbistanı Müsəlman Qardaşlarının və Məhəmməd Mursinin süqutunu təbrik edən ilk ölkələrdən oldu.
 
Rəsmi Riyaz elə ilk günlərdən Müsəlman Qardaşlarının süqut edəcəyini söyləmişdi, elə belə də oldu. Amma Səudiyyə rejimi başçıları bilməlidir ki, Misirdə Müsəlman Qardaşlarının yerini tutanlar Riyaz üçün onlardan daha yaxşı olmayacaq.”
 
Həmzə əl-Həsən proqnoz  verir ki, Misirdə baş verən sunami Tunisin “Ən-Nehzə”, Türkiyədə Ərdoğanın AKP partiyası, Fars körfəzi hövzəsində yerləşən ərəb dövlətlərindəki siyasi öncülləri, sələfi və müsəlman qardaşlarından olan şeyxləri və Yəməni də ağuşuna alacaq. Eyni zamanda Həmas hərəkatına da ciddi zərbə olacaq.
 
Həmzə əl-Həsən sözlərinin davamında bildirir ki, Müsəlman Qardaşlarının hökumətlə bağlı planının bu cəmiyyətdən qalmış irslə və ya cəmiyyətin özü ilə heç bir əlaqəsi yoxdur. Əslində Misirdə hakimiyyəti ələ almağa müvəffəq olan bu cəmiyyətin özü deyil, Qatar və Ərdoğanın tamahı idi.
 
Ərəbistanlı araşdırmaçı son bildirib ki, Müsəlman Qardaşları 85 illik zəhmətlərinin nəticəsini bir il ərzində dəlicəsinə yürütdükləri siyasətlə məhv etdilər. İndi onlar itirdiklərini geri qaytarmaq üçün ən azı yarım əsr təlaş göstərməyə məcburdurlar.
Comment