0
Wednesday 10 July 2013 - 16:52

Cəlili Əfqan rəsmisinə: ABŞ etibarlı tərəfdaş deyil

Story Code : 281647
Cəlili Əfqan rəsmisinə: ABŞ etibarlı tərəfdaş deyil
Islam times.org/az/ - Cəlili çərşənbə axşamı günü Tehranda səfərdə olan Əfqan nümayəndə heyəti ilə görüşdə deyib: “ABŞ-ın regionda yürütdüyü siyasət göstərir ki, o müsəlman dünyasının birliyinə, stabilliyinə və inkişafına qarşıdır.”

İslam İnqilabı Rəhbəri Ayətullah əl üzma Xameneinin milli təhlükəsizlik şurasındakı nümayəndəsi olan Cəlili əlavə edərək deyib: “Beynəlxalq ictimaiyyət üçün, xüsusən də Afqanıstandan Misirə qədər olan regionun insanları dərk ediblər ki, ABŞ-ın terrorizmə qarşı mübarizə və demokratiyaya yardım iddiaları yalandan başqa bir şey deyil.”

O əlavə edərək deyib ki, terrorizmi dəstəkləmək və demokratiyaya qarşı getmək ABŞ-ın regionda yürütdüyü əsas siyasətdir.

Cəlili həmçinin qeyd edərək bildirib ki, İran və Əfqanıstan arasında olan və dərin köklərə əsaslana mədəni əlaqələr daha da inkişaf etdirmək lazımdır.

Əfqan rəsmisi isə öz növbəsində İran hökumətinə və xalqına çətin illər dövründə Əfqanıstan hökumətinə və xalqına göstərdikləri dəstək və köməyə görə dərin təşəkkürün bildirib.
O daha sonra Qərb qüvvələrinin regiondan təmamilə çıxarılmasında İran İslam Respublikası ilə Əfqanıstan arasında münasibətlərin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
ABŞ və onun müttəfqiləri terror ilə mübarizə adı altında 2001-ci ilin oktyabr ayında Əfqanıstanı işğal etdilər.
Source : İslamtimes
Comment