0
Sunday 14 July 2013 - 23:14

Suriyada kimyəvi silahlardan istifadə iddiası terroristlərə kömək etmək üçün bəhanədir

Story Code : 283100
Suriyada kimyəvi silahlardan istifadə iddiası terroristlərə kömək etmək üçün bəhanədir
Suriyada kimyəvi silahlardan istifadə iddiası terroristlərə kömək etmək üçün bəhanədir
Islam times.org/az/ - İran məclisinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Baqir Huseyn deyib: “Suriyada hökumətə qarşı döyüşən terroristlərin dəfələrlə törətdikləri qətliam və zorakılıqlara baxmayaraq qərb dövlətləri və onların regional müttəfiqləri onları daha da çox silah-sursat, loqistik və maddi yardım etməyə təkid edirlər.”

Millət vəkili əlavə edərək deyib ki, bu həftənin əvvəllərində Rusiya tərəfindən irəli sürülən sübutlar göstərdi ki, Suriyada kimyəvi silahlardan ordu qüvvələri yox, əksinə üsyançılar istifadə ediblər və bununlada Suriya xalqı və hökumətinin düşmənlərinin əsl siması ortaya çıxdı.

Çərşənbə axşamı günü Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin deyib ki, rusiyalı ekspertlər Xan əl Assal regionunda yerləşən və 16 Suriya ordu əsgərləri də daxil olmaqla 20-dən çox insanın həlak olduğu hücum zonasından bir sıra nümunələr toplayıblar.

Heç bir sübuta söykənməyən Suriya hökumətinin üsyançılara qarşı kimyəvi silahlardan istifadə etməsini bəhanə gətirən prezident Barak Obama 14 iyun tarixində mərkəzi kəşfiyyat idarəsinə suriyalı üsyançıları silah-sursat ilə təmin etməsi haqqında göstəriş verib və prezident Bəşər Əsədin Vaşinqtonun təyin etdiyi qırmızı xətti keçdiyini bildirib.

Britaniya, Fransa və ABŞ Suriya hökumətini kimyəvi silahlardan istifadədə ittiham ediblər. Dəməşq isə bu ittihamları rədd etmiş və demişdir ki, həqiqətdə silahlı üsyançılar bir neçə dəfə hökumət qüvvələrinə və dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə ediblər.
Source : Islamtimes
Comment