0
Wednesday 17 July 2013 - 18:04

İran və Suriya İsrailə qarşı müqavimətdə qətidirlər

Story Code : 284143
İran və Suriya İsrailə qarşı müqavimətdə qətidirlər
İran və Suriya İsrailə qarşı müqavimətdə qətidirlər
Islam times.org/az/ - Ruhani çərşənbə axşamı günü Suriya prezidenti Bəşər Əsədin onu təbrik etməsinə cavab olaraq deyib: “Heç şübhəsiz ki, İran İslam Respublikası və Suriya Ərəb Dövləti arasında mövcud olan dərin və uzunmüddətli əlaqələr hər iki xalqın müxtəlif siyasi və iqtisadi sahələrdə əməkdaşlığı və regiondakı xalqların düşmənləri, məxsusən də işğalçı sionist İsrail rejiminə qarşı möhkəm və qəti müqavimətindən irəli gəlir.”

O əminliklə vurğulayaraq bildirib ki, güclü və mübariz Suriya xalqı mövcud şəraiti tez bir zamanda arxada qoyacaq və müstəqilliklərini və ərazi bütövlüklərini qoruyub saxlamaqda müvəffəqiyyət qazanacaqlar.

16 İyul tarixində Ruhaniyə ünvanladığı mesajda Əsəd Suriyanın İran ilə iki tərəfli əlaqələri genişləndirməyə və əməkdaşlıq etməkdə israrlı olduğunu bildirib.

2011-ci ilin mart ayından etibarən Suriyada mövcud olan münaqişə zamanı xaricdən dəstək alan suriyalı üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

İran dəfələrlə Suriyanın daxili işlərinə xarici müdaxilənin əleyhinə çıxmış və ölkədə mövcud olan münaqişənin həlli yolu kimi milli dialoq və barışıq və azad seçkiləri təklif etmişdir.
Source : Islamtimes
Comment