0
Sunday 21 July 2013 - 16:43

Sorğu: Türkiyənin hakim partiyası AKP-nin nüfuzu aşağı düşüb

Story Code : 285772
Sorğu: Türkiyənin hakim partiyası AKP-nin nüfuzu aşağı düşüb
Sorğu: Türkiyənin hakim partiyası AKP-nin nüfuzu aşağı düşüb
Şənbə günü Sonar Aradırma Şirkəti tərəfindən aparılan araşdırmaya əsasən hakim Ədalət və İnkişaf partiyası keçən illə müqayisədə bu il 6% dəstəkçisini itirib. Belə ki, keçən il bu göstərici 53.2% olduğu halda, bu il 44.1% olub.

Sorğu 8-16 iyul tarixlərində Türkiyədən olan 3000 respondent arasında aparılıb.
Araşdırma şirkəti deyib ki, əgər bugün ölkədə seçkilər keçirilərsə əsas müxalifət partiyası olan Xalq Cumhuriyyəti Partiyası səslərin 28.2%-ni və digər müxalifət partiyası Milli Hərəkat Partiyası isə səslərin 16.3%-ni qazan bilər.

Şirkətin rəhbəri olan Hakan Bayrakçı deyib ki, Türkiyədə hökumət əleyhinə gedən nümayişlər hakim partiyanın nüfuzunun düşməsinə çox təsir edib.

Bayrakçı deyib: “Bu nəticəni Gəzi Parkı hadisələri ilə əlaqələndirmək lazımdır. Mən deyə bilərəm ki, hərəkat AKP-yə qarşı deyil, əksinə baş nazir Rəcəb Tayyib Ərdoğanın Gəzi etirazlarına qarşı mövqeyinə görədir.”

Türkiyədə Gəzi Parkının sökülməsinə eitraz olaraq may ayının sonlarından etibarən etiraz nümayişləri təşkil edilməkdədir.

Etirazçıların əsas hədəfi olan Ərdoğan etirazçıları xaricdən dəstək alan ekstremist və terroristlər kimi təqdim edib.
Source : Islamtimes
Comment