0
Tuesday 30 July 2013 - 21:54

Fransa ABŞ-ın yalnış siyasətinin qurbanına çevrilib

Story Code : 288311
Fransa ABŞ-ın yalnış siyasətinin qurbanına çevrilib
Fransa ABŞ-ın yalnış siyasətinin qurbanına çevrilib
İran məclisinin üzvü olan Seyyid Şərif Huseyni deyib: “Hazırki şərtlər altında Fransa özünü ABŞ-ın yalnış siyasətinin qurbanına çevirdi.”

“İranın avtomobil sahəsinə sanksiya tətbiq etməklə Fransa özünə böyük maliyyə zərbəsi vurmuş oldu.”

Fransa avtomobil istehsalçısı olan Renault elan edərək bildirib ki, ABŞ sanksiyaları səbəbindən İrandakı fəaliyyətini dayandırdıqdan sonra ilin birinci yarısında gəlirlərdə xeyli azalma baş verib. Renault avtomobil istehsalçısı keçən ilin əvvəllərindən etibarən İran ilə əlaqələri dondurub.

Fransanın əsas avtomobil istehsalçısı olan Renault özünü sonuncu hesabatında deyib ki, iyuna kimi olan aylar ərzində gəlir 87% aşağı düşüb, belə ki, keçən il 774 milyon avro olan gəlir bu il 97 milyon avro təşkil edir.

2012-ci ilin fevral ayında Avropanın ikinic ən böyük avtomobil istehsalçısı olan Peugeot Citron da həmçinin ABŞ sanksiyalarının tələbi ilə İran ilə əlaqələri dayandırdı.

Peugeot İrana avtomobil ixracını dayandırmaqla gəlirinin 13%-ni itimiş oldu. Fransa avtomobil şirkəti bunun nəticəsində 2012-ci ildə 6.7 milyard dollar gəlirindən məhrum oldu. İran bu avtomobil şirkətinin ikinci ən böyük alıcısı idi.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyların arxasında İslam Respublikasının nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etmək iddiaları durur.

İran isə öz növbəsində bütün bu iddiaları rədd edərək bir sıra beynəlxalq təşkilatların üzvü olaraq dinc nüvə enerji proqramından istifadə etməyə tam haqqı olduğunu bildirmişdir.
Source : Islamtimes
Comment