0
Thursday 1 August 2013 - 21:32

“Vətən xainləri və milyardlarla pul oğruları dura-dura, R. İbrahimbəyovun həbsini gündəmə gətirirlər”

Story Code : 288919
“Vətən xainləri və milyardlarla pul oğruları dura-dura, R. İbrahimbəyovun həbsini gündəmə gətirirlər”
“Vətən xainləri və milyardlarla pul oğruları dura-dura, R. İbrahimbəyovun həbsini gündəmə gətirirlər”
Son günlər sosial şəbəkələrin, media orqanlarının, ictimaiyyətin və ən əsası siyasi arenanın ən çox müzakirə etdiyi mövzulardan biri Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ölkəyə qayıdacağı halda həbs edilməsi ilə bağlıdır. Həbs təhlükəsi ilə bağlı kifayət qədər fikirlərin səsləndirilməsinə baxmayaraq, Rüstəm İbrahimbəyov ikili vətəndaşlıqla bağlı problemləri həll etdikdən sonra dərhal vətənə qayıdacağını söyləyib. Lakin maraqlı budur ki, hökumət R. İbrahimbəyovun ölkəyə gəlişinə icazə verməsə və ya gəldikdən sonra onu həbs edərsə buna qarşı beynəlxalq aləmin reaksiya necə olacaq? Həmişə olduğu kimi ABŞ, Böyük Britaniya və Azərbaycanın digər Qərb müttəfiqləri ritual bəyanatlar verərək seçkilərdə rəqabətliliyin olmamasından təəssüfləndiklərini bildirəcəklər, yoxsa daha da ciddi addımlar atılacaq? FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirdi ki, millətimizin fəxri olan dünya şöhrətli tanınmış ziyalı Rüstəm İbrahimbəyovun ölkə müxalifət tərəfindən vahid namizədliyi irəli sürüldükdən sonra onun həbsi məsələsinin Azərbaycan mediasında hakimiyyətin sifarişi ilə müzakirəyə çıxarılması iqtidarın acınacaqlı, bərbad və qorxmuş vəziyyətdə olmasından xəbər verir: ”Bunların hamısı Azərbaycanda qanunun aliliyinin, konstitusiyanın 1-ci maddəsinin yoxluğunun və hakimiyyətin qorxusunun ifadəsidir. Azərbaycanda xalqdan milyardlarla mal və sərvət mənimsəmiş oğrular, vətəni satmış xainlər dura-dura xalqın fəxr edə biləcəyi görkəmli ziyalının həbsi məsələsini müzakirə çıxarmaq onu göstərir ki, dövlətimizin çox acınacaqlı bir vəziyyətdədir. ”

Zərdüşt bəy onu da bildirdi ki, prezidentliyə real namizəd İlqar Məmmədovun həbsi və nəhayət Rüstəm İbrahimbəyovun həbsi və ölkəyə buraxılmayacağı ilə bağlı yayılan söz söhbət onu göstərdi ki, beynəlxalq aləm özü üçün müəyyən nəticələr çıxaracaq: “Qərb artıq başa düşməlidir ki, Azərbaycan hakimiyyəti xalqdan və seçkilərdən ciddi şəkildə qorxur. Ona görə də hakimiyyətdəkilər inzibati amildən istifadə edib üstünlük əldə etməyə çalışırlar.”

Keçiriləcək prezident seçkilərini Qərbin hakimiyyət tərəfindən təmin edilən maraqları prizmasında da qiymətləndirən politoloq bildirdi ki, Azərbaycan hakimiyyəti onsuzda qərbin maraqlarını təmin etməlidir: “Real vəziyyəti nəzərə alaraq hakimiyyətdə Rüstəm İbrahimbəyov və ya İlham Əliyevin olmasından asılı olmayaraq Qərb üçün müəyyən güzəştlərə getməyə məcburuq. Beynəlxalq güclərin qarşısında durmağın yeganə bir yolu vardır ki, o da hakimiyyətlə xalqın birliyidir. Azərbaycan Qərb üçün çox əhəmiyyətsiz bir ölkədir. Bu günə qədər Qərb Azərbaycan nə istəyibsə alıb. İstər bu qaz olsun, istərsə də neft. Daha bundan sonra Azərbaycandan ala biləcək bir şeyi yoxdur. Lakin Rusiya isə çalışır ki, Azərbaycandan külli miqdarda pul qopartsın.”
Source : Faktxeber
Comment